Dənizkənarı bulvar ərazisində sağlamlıq infrastrukturu yaradılacaq və müasir idman avadanlıqları quraşdırılacaq.
Bu barədə Gundelik.az Dənizkənarı Bulvar İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, İdarə “TG AMD LLC” şirkəti ilə müqavilə bağlayıb.
Müqavilədə sağlamlıq infrastrukturunun və müasir idman avadanlıqlarının satın alınması nəzərdə tutulub.
Müqavilənin maliyyə dəyəri 702 min 859 manat olaraq müəyyənləşib.

