Azərbaycanda fəaliyyət göstərən bəzi türk iş adamlarının vergi borcu üzə çıxıb.
Gundelik.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri bazasından məlumat əldə edib.
Onların rəhbərlik etdiyi şirkətlərin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə borcu yaranıb.
Məlumata görə, şirkətlərin sahibləri və dövlət qarşısında vergi borcları aşağıdakı kimidir:
| Şirkətin adı | Yaranma tarixi | Sahibi | Borcu |
|
“İstanbul Mobilya Tekstil İdxalat, İxracat” şirkəti
|
24.06.2004 |
Ömer Bektaş |
2119.84 AZN |
|
“Heb Dizayn İnşaat Mimarlık Mobilya Tekstil” MMC
|
07.04.2017 |
Hakan Buyukbas |
63261.97 AZN |
| “K-Proje Mobilya” Məhdud Məsuliyyətli Cəmiyyəti
|
20.12.2021 |
Koray Gurbuz
|
40943.22 AZN |
|
“Sofaline Mobilya Dekorasyon İnşaat Sanayi Ve Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı
|
11.01.2016 |
Ozgur Enoz Calim |
21492.91 AZN |
