Dövlət qulluğunda ən azı 35 il iş stajı olan şəxslərin güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər siyahısına daxil edilməsi təklif edilir.
Gundelik.az xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci il üzrə məruzəsində əksini tapıb.
Eyni zamanda bununla əlaqədar “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi təklif edilir.

