İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Bu il sərvəti ən çox azalan milyarderlər – SİYAHI

Bu il ərzində dünyada sərvəti ən çox azalan 8 milyarderin adı açıqlanıb.

Gundelik.az xəbər verir ki, bu barədə “Bloomberg Milyarderlər İndeksi” məlumat yayıb.

Beləliklə, bu il sərvəti ən çox azalan milyarderlər aşağıdakılardır:

1. Bill Qeyts

Bu il “Microsoft”un qurucusu və xeyriyyəçi Bill Qeyts sərvətini ən çox itirən milyader olub. Belə ki, o, 2025-ci ildə sərvətindən 41,5 milyard dollar itirib. Qeyts 117,2 milyard dollar sərvəti ilə milyaderlər siyahısında 16-cı yerdədir.

2. Çanpenq Zao

“Binance”ın sabiq CEO-su və təsisçilərindən biri Çanpenq Zao bu il 17,3 milyard dollar itirib. Zao 36 milyard dollarlıq sərvəti ilə milyaderlər siyahısında 58-ci yerdədir.

3. Dustin Moskovitz

“Facebook”un qurucularından biri olan Dustin Moskovitzin sərvəti 16,1 milyard dollar 2,2 milyard dollara enib. O, siyahıda 261-ci yerdədir.

4. Manuel Villar

Filippinin tanınmış milyarder iş adamı Manuel Villar bu il 12,6 milyard dollar itirib. O, 9,9 milyard dollarlıq sərvəti ilə siyahıda 348-ci yerdədir.

5. Jeffery Hildebrand

Neft və qaz hasilatı şirkəti olan “Hilcorp Energy Company”in rəhbəri olan Jeffery Hildebrandın sərvəti 5,9 milyard dollar azalaraq 12,5 milyard dollara enib. Və o, siyahıda 248-ci yerdə qərarlaşıb.

6. Şiv Nadar

“HCL Technologies” adlı IT nəhənginin banisi hindistanlı Şiv Nadar 2025-ci ildə sərvətindən 5,6 milyard dollar itirib. Şiv Nadar 37,5 milyard dollarlıq sərvəti ilə “Bloomberg” siyahısında 55-ci yerdədir.

7. Ravi Jaipuria

“PepsiCo”nun ən böyük qablaşdırıcılarından biri kimi tanın “Devyani International”ın yaradıcısı olan Ravi Jaipuria sərvətindən 5 milyard dollar itirib. O, 12,3 milyard dollarlıq sərvəti ilə milyaderlər siyahısında 258-ci yerdədir.

8. Mixail Fridman

Rusiyanın ən varlı adamlarından biri olan Mixail Fridmanın bu il sərvəti 4,8 milyard dollar azalaraq 10 milyard dollara enib. Və o, siyahıda 345-cidir.