İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Bu il Azərbaycanla ən çox ticarət edən ölkələr – SİYAHI

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6,2 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 29,6% azdır.

Bu barədə Gundelik.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Hesabat dövründə xarici ticarət dövriyyəsinin 3,6 milyard ABŞ dolları ixracın, 2,5 milyard ABŞ dolları isə idxalın payına düşüb.

Bu dövr ərzində Azərbaycanın ən böyük ticarət tərəfdaşları isə bu ölkələr olub:

Ölkələr Ticarət həcmi
 İtaliya 1,8 milyard dollar
 Türkiyə 877,1 milyon dollar
 Çin 779,4 milyon dollar
 Rusiya 499,9 milyon dollar
Gürcüstan 176,5 milyon dollar
Almaniya 175,5 milyon dollar
Rumıniya 151 milyon dollar
Bolqarıstan 122,3 milyon dollar
İran 117,6 milyon dollar
Portuqaliya 114,1 milyon dollar