İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Bu halda İsrail İrana hücum edə bilər

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp ABŞ-İran danışıqlarının nəticəsindən narazı qalarsa, İsrailin İranın nüvə obyektlərinə zərbə endirmə ehtimalı artacaq.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə bir qrup iranlı politoloqlar məlumat yayıblar.

Onların fikrincə, Təl-Əviv çətin ki, diplomatik danışıqların hər hansı nəticəsi ilə razılaşsın.

“Əgər ABŞ-ni nəticələr qane etməsə, İsrail, çox güman ki, hücumu dəstəkləyəcək”, – politoloqlar bildiriblər.

Onlar, həmçinin İranın hava hücumundan müdafiə sisteminin müxtəlif istiqamətlərdən koordinasiya edilmiş hücumları dəf etmək qabiliyyətinə şübhə etdiklərini bildiriblər.

Xatırladaq ki, bir müddət əvvəl İran Xarici İşlər Nazirliyi İran və ABŞ arasında qeyri-rəsmi dialoqun növbəti mərhələsinin aprelin 19-da Maskatda baş tutacağını bildirib.

Gundelik.az