İyul 30, 2026
Baku
İdman Xəbərlər

Bu gün “Qarabağ”ın oyunu var

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində cavab görüşlərinə bu gün start veriləcək.

Gundelik.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi “Qarabağ” Bolqarıstanda ÇSKA-nın qonağı olacaq.

Sofiyadakı “Vasil Levski” arenasında, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək görüşü belçikalı FIFA referisi Brem van Drisş idarə edəcək.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyun qolsuz başa çatıb.