Böyük Britaniyanın iki universitetindəki tələbə həmkarlar ittifaqı Ukrayna icmalarının fəaliyyətini dayandırıb.
Gundelik.az “Financial Times”a istinadən xəbər verir ki, buna səbəb kimi Ukrayna icmalarının xeyriyyə fondunun toplanması qaydalarını pozması iddia edilir.
Jurnalistlərin fikrincə, Ukrayna icmaları toplanan vəsaiti Ukrayna Silahlı Qüvvələri (AFU) üçün döyüş pilotsuz uçuş aparatları (PUA) almaqda istifadə edərək qaydaları pozub.
Bildirilir ki, London Universitet Kolleci (UCL) və Lancaster Universitetinin tələbə birlikləri Britaniyada xeyriyyə təşkilatları siyahısındadır. Onlar xeyriyyə komissiyası tərəfindən idarə olunur, və həmçinin vəsaitlərin, eləcə də aktivlərin istifadəsini və pul yığımı qaydalarını tənzimləyir.
“Hər hansı xarici hərbi qüvvəyə yardım göstərmək xeyriyyə məqsədi daşımır və heç bir xeyriyyə təşkilatı qanuni olaraq bu cür fəaliyyətlə məşğul ola bilməz”, – komissiyanın qaydalarında deyilir.
Gundelik.az

