Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi elektron təhsil resursları xidməti alır.
Gundelik.az-ın məlumatına görə, artıq bununla bağlı qurum müvafiq işləri yekunlaşdırıb.
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi sözügedən işlərin icrasını “Edumedia-Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 1 957 866 manat ödənilib.
Gundelik.az

