İngiltərədə qeyri-qanuni immiqrasiyaya qarşı etiraz aksiyası zamanı etirazçılar polis maşınlarına tüstü bombaları və butulkalar atıblar.
Gundelik.az xəbər verir ki, bu barədə “Evening Standard” məlumat yayıb.
Nəşr qeyd edir ki, bu, artıq Esseksdə sığınacaq üçün müraciət etmiş insanların yaşadığı oteldə keçirilən üçüncü etiraz aksiyasıdır. Polis maşınlarına molotof kokteyli və tüstü bombaları atılır.
Məqalədə deyilir ki, bir nəfər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Etirazçılar pirotexniki vasitələrdən, o cümlədən mavi və qırmızı məşəllərdən istifadə ediblər. Onların bir çoxunun əllərində əcnəbi cinayətkarların deportasiyasını tələb edən plakatlar olub.
Yerli polis departamenti asayişi qorumaq planının olduğunu bildirib və üzlərini maskalar arxasında gizlədən etirazçıların mümkün həbsləri barədə xəbərdarlıq edib.
Gundelik.az

