İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Böyükşor hövzəsi üzrə kanalizasiya kollektoru tikiləcək – 56,5 milyon manatlıq LAYİHƏ

Böyükşor hövzəsi üzrə gətirici kanalizasiya kollektoru tikiləcək.

Gundelik.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi müvafiq işlərə yekun vurub.

Sözügedən işlərin icrası “T.T.Ş.-İnşaat” MMC-yəni həvalə edilib və dəyəri 56,5 milyon manat olan müqavilə bağlanılıb.

Qeyd edək ki, işlərin həvalə olunduğu “T.T.Ş.-İnşaat” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 27 411 149 manat olan MMC-nin qanuni təmsilçisi Məmmədov Xalıqverdi Malça oğludur.

Gundelik.az