Xankəndidə bir sıra yaşayış binalarında əsaslı təmir işləri həyata keçiriləcək.
Gundelik.az-ın məlumatına görə, şəhər ərazisində yerləşən 7 ədəd (6-ci və 7-ci binalar) yataqxana tipli yaşayış binalarının əsaslı təmir işləri aparılacaq.
Məlumata görə, bununla bağlı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi müvafiq işlərə yekun vurub.
Belə ki, qurum qeyd olunan işləri “VK Group N1” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 3,2 milyon manat ödənilib.
Gundelik.az
