Böyük Britaniyanın kansleri Rachel Reeves, çərşənbə günü – 26 mart tarixində Bahar Bəyanatı zamanı ölkə iqtisadiyyatı ilə bağlı planlarını açıqlayacaq. Reeves vergilərin artırılmayacağını bildirsə də, zəif iqtisadi göstəricilər və qlobal hadisələr səbəbindən çətin qərarlarla üzləşəcəyini etiraf edib. Onun çıxışı təxminən saat 12:30-da Parlamentdə gözlənilir. Bəyanatdan sonra Hökumətin Büdcə Məsuliyyəti İdarəsi (OBR) iqtisadi proqnozunu açıqlayacaq və hökumətin borclanma və xərcləmə ilə bağlı öz qaydalarına riayət edib-etmədiyini qiymətləndirəcək.Reeves həmçinin iqtisadi planlarını təqdim edərkən OBR-in əsas tapıntılarını paylaşacaq. Müxalifət partiyasının nümayəndəsi, kölgə kansler Mel Stride isə Mühafizəkarlar adından çıxış edəcək.
Gundelik.az
