İyul 8, 2026
Baku
Xəbərlər

Böyük Britaniya Ukraynaya 4,5 milyard funt-sterlinq dəyərində hərbi yardım göstərəcək

Böyük Britaniya 2025-ci ildə Ukraynaya 4,5 milyard funt-sterlinq (5,8 milyard dollar) dəyərində hərbi yardım göndərmək niyyətindədir.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Heli bildirib.

NATO-nun Brüsseldəki mənzil-qərargahında Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun 27-ci iclasından sonra keçirilən mətbuat konfransında o bunları qeyd edib: “Britaniya üçün bu il Ukraynaya hərbi dəstəyə 4,5 milyard funt sterlinq xərcləyəcəyik – bu, indiyə qədərki ən yüksək səviyyədir. Bu gün mən 350 milyon funt sterlinqlik yardım paketini elan edirəm”.
Məlumata görə, bu yardım paketinə radar sistemləri, tank əleyhinə minalar, yüz minlərlə PUA daxildir.
Bundan başqa, Britaniya Kiyevin hərbi texnikasını təmir etmək və müdafiə qabiliyyətini saxlamaq üçün 150 milyon funt sterlinq ayıracaq.

Gundelik.az