Gundelik.az Dünya Böyük Britaniya AB-nin Erasmus tələbə proqramına yenidən qoşulacaq
Dünya Xəbərlər

Böyük Britaniya AB-nin Erasmus tələbə proqramına yenidən qoşulacaq

Böyük Britaniyalı tələbələr 2027-ci ilin yanvarından etibarən AB (Avropa Birliyi) üzrə Erasmus proqramında iştirak edə biləcəklər.
AB-nin tələbə mübadiləsi proqramı olan Erasmus-a yenidən qoşulmaqla bağlı razılaşmanın Çərşənbə günü açıqlanacağı gözlənilir. Bu, Böyük Britaniya hökumətinin Brüssellə münasibətləri yaxınlaşdırmaq səylərinin bir hissəsidir.
Mənbələr bildiriblər ki, iki tərəf artıq açıqlamanın son detalları barədə razılığa gəlib və plan üzrə Böyük Britaniyalı tələbələr 2027-ci ilin yanvarından etibarən AB üzrə proqramda iştirak edərkən əlavə ödəniş etməyəcəklər.
Erasmus proqramına yenidən qoşulmaq Böyük Britaniya hökumətinə AB ilə münasibətləri yaxşılaşdırmaqda irəliləyiş göstərməyə imkan verəcək. Keir Starmer ötən ay bildirib ki, “AB ilə daha yaxın olmaq lazımdır” və ictimai rəy də bu mövqeyi dəstəkləməyə başlayıb.
Guardian qəzetinin məlumatına görə, Böyük Britaniyalı tələbələr Erasmus+ proqramı çərçivəsində AB-də peşə təhsili təlimlərində və idman mübadilələrində iştirak edə, həmçinin ali məktəb və kolleclərdə təhsil mübadiləsi imkanlarından yararlana biləcəklər.
Mənbə: The Guardian
Tərcümə etdi: Gülçin Abdullayeva
Gundelik.az
Exit mobile version