Bu gün ABŞ-nin xahişi ilə, BMT Təhlükəsizlik Şurası son günlərdə İrandakı vəziyyəti müzakirə etmək üçün iclas keçirəcək.
Gundelik.az xəbər verir ki, bu barədə yanvar ayı üçün Təhlükəsizlik Şurasına sədrlik edən Somalinin qurumdakı Daimi Nümayəndəliyi məlumat yayıb.
“Sədrlik, Amerika Birləşmiş Ştatlarının xahişi ilə, 2026-cı il yanvarın 15-i, yerli vaxtla saat 15:00-da İrandakı vəziyyətlə bağlı brifinq keçirtmək niyyətindədir”, – məlumatda deyilir.
