Gundelik.az Dünya BMT: İranda 3 milyondan çox insan məcburi köçkün vəziyyətinə düşüb
Dünya Siyasət Xəbərlər

BMT: İranda 3 milyondan çox insan məcburi köçkün vəziyyətinə düşüb

İranda davam edən münaqişə nəticəsində 3,2 milyona qədər insan məcburi köçkün vəziyyətinə düşüb.

Gundelik.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) ilkin məlumatında deyilir.

Qeyd edilib ki, məcburi köçkün əhalinin əksəriyyəti Tehranı və digər böyük şəhərləri tərk edərək təhlükəsizlik üçün ölkənin şimal bölgələrinə və kənd yerlərinə gedir.

BMT xəbərdarlıq edir ki, döyüşlər davam etdikcə bu rəqəmlər artacaq. Qurum bildirib ki, artıq İranda olan qaçqın ailələri, əsasən Əfqanıstan vətəndaşları da bundan ciddi təsirlənib.

Exit mobile version