Gundelik.az Ölkə Həcc ziyarətinə qeydiyyat Ramazan ayının sonunadək davam edəcək
Ölkə Xəbərlər

Həcc ziyarətinə qeydiyyat Ramazan ayının sonunadək davam edəcək

Həcc ziyarətinə qeydiyyat Ramazan ayının sonunadək davam edəcək.

Gundelik.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

“Kvotanın tamamlanmasına 11% yer qalıb. Ona görə də Həccə niyyətli olan vətəndaşlarımızdan xahiş edirik ki, yubanmadan gəlib qeydiyyatdan keçsinlər”, – Vüsal Cahangiri bildirib.

Qeyd edək ki, Həcc ziyarətinə son qeydiyyat tarixi martın 7-si müəyyən edilmişdi.

Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.

Tələb olunan sənədlər:

1) Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);
2) Şəxsiyyət vəsiqəsinin surəti;

Exit mobile version