BMT Baş Assambleyasının Rusiya-Ukrayna müharibəsinin dördüncü ildönümü ilə bağlı keçirilən xüsusi sessiyasında Ukrayna tərəfindən təklif edilən və 46 ölkənin dəstəklədiyi qətnamə səsə qoyularaq qəbul edilib. Ukraynada “dərhal, tam və qeyd-şərtsiz atəşkəs” tələb edən qətnamə 107 lehinə, 12 əleyhinə səslə qəbul edildi. 51 üzv bitərəf qaldı.
Müharibənin regional və qlobal təsirini vurğulayan qətnamədə “bütün məhbusların dəyişdirilməsi, qanunsuz saxlanılan bütün şəxslərin azad edilməsi və zorla köçürülmüş və ya qovulmuş mülki şəxslərin, o cümlədən uşaqları geri qaytarılması” tələb olunur.
Qətnamədə “Ukraynanın suverenliyinə, müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə, o cümlədən ərazi sularına” dəstək ifadə olunur və “Rusiyanın mülki şəxslərə və vacib enerji infrastrukturuna hücumları ilə bağlı ciddi narahatlıq ifadə edildiyi” bildirilir.
ABŞ qətnamədəki bəzi ifadələrin “danışıqlardan yayındıra biləcəyindən” narahatlığını bildirdi
Səsvermə zamanı bitərəf qalan ABŞ-ın qətnamənin bir hissəsini digər hissədən ayırmaq və fərqli bir səsverməyə tabe etmək üçün təklif təqdim etməsi diqqət çəkən məqamlardan biri idi.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Tammi Bryus bildirib ki, “Bizim fikrimizcə, qətnamədəki bəzi ifadələr davamlı sülhə yol aça biləcək bütün diplomatik yolların araşdırılmasını dəstəkləməkdənsə, davam edən danışıqlardan yayındıra bilər”.
Ukrayna xarici işlər nazirinin müavini Mariana Betsa ABŞ-ın təklifini rədd edərək onu “narahatedici” və “qəbuledilməz” adlandırıb.
Mənbə:T24.com
Tərtib etdi:Səid Mikayılzadə
Gundelik.az
