İsveçin pensiya sistemində qlobal səhm fondları üçün son satınalma prosesində ən böyük qaliblər Swedbank Robul Fonder AB və Waystone Fund Managment Lux SA oldu. Hər iki şirkət iri və orta müəssisələrin səhimlərinə aktiv investisiya yatıran fondlar üçün iki ayrı icazə aldı.
Bloombergin məlumatına görə, bu addım İsveçin pensiya sisdeminin əsas komponenti olan “Premiepension” platformasında aparılan hərtərəfli islahat prosesində yeni mərhələdir.
İsveç Fond Seçim Agentliyi çərşənbə axşamı elan edib ki, təxminən 200 milyard İsveç kronu (22 milyard dollar) pensiya fondu seçilmiş 14 fond arasında bölüşdürüləcək. Agentlik son 16 ayda qlobal səhm fondlarının sayını 45-dən 14-ə endirib.
Son tender Premiepension sistemi çərçivəsində indiyə qədər həyata keçirilən ən böyük və ən uzunmüddətli satınalma prosesi idi. İsveçdə işləyən hər kəs əmək haqqının 2,5%-ni bu sistemə qoyur və məcburi töhfələrin hansı fontlara yatıracağını seçə bilər.
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: Oksijen news
Gundelik.az

