Bazar kapitallaşması üzrə lider kriptovalyuta olan bitkoinin qiyməti təxminən 3% artıb.
Gundelik.az xəbər verir ki, bu barədə “Binance” məlumat yayıb.
Bitkoin 2,84% artaraq 90.260 min dollara çatıb.
Məlumata görə, ümumi kriptovalyuta bazarının kapitallaşması 3,05 trilyon dollar təşkil edib. Bitkoinin bazar dəyəri 1,799 trilyon dollara, “Ethereum”un isə 366,92 milyard dollara çatıb.
