İyul 8, 2026
Baku
Siyasət Xəbərlər

Beş hərbçiyə “general-mayor” ali hərbi rütbəsi verildi – ADLAR

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.

Gundelik.az President.az-a istinadən xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:

polkovnik Rəsul Rasim oğlu Əliyevə

polkovnik Elçin Rəhim oğlu Abdullayevə

polkovnik Azər Əfrayıl oğlu Heybətliyə

polkovnik Gülməmməd Tofiq oğlu Rzayevə

polkovnik Ruslan Dünyaməddin oğlu Ağasiyevə.