Gundelik.az Xəbərlər İqtisadiyyat Beş ayda Azərbaycan 22 ölkədən 31 min tona yaxın qızıl aldı
İqtisadiyyat Xəbərlər

Beş ayda Azərbaycan 22 ölkədən 31 min tona yaxın qızıl aldı

Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 2,9 milyard ABŞ dolları dəyərində 30 875 kiloqram qızıl idxal edilib.

Gundelik.az-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ölkəyə gətirilən qızılın 1 kiloqramının orta idxal qiyməti 95 min 227 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda qızıl istehsalı 1 601 kiloqram təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 597 kiloqram və ya 59,5% çoxdur. Cari ilin iyul ayının birinə ölkədə hazır qızıl ehtiyatının miqdarı 196,4 kiloqram olub.

Cari ilin ilk beş ayında Azərbaycana idxal edilən qızılın ölkələr üzrə həcmi və idxal dəyəri:

Qeyd edək ki, ölkəyə qızıl idxalı dedikdə, qızıldan yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər nəzərdə tutulur.

Gundelik.az

Exit mobile version