Başqa dövlətin torpağını almaq olarmı?
Məsələn, Qazaxıstanın dövlət şirkəti Batum terminalını 49 illik icarəyə götürüb, SOCAR isə Kulevi terminalını satın alıb, özü də 100% payını…
Bizdə yenə vurçatlasındır: baho, Putin deyib ki, Azərbaycandan torpaq almaq istəyir, sonra da əlavə edirlər ki, satın almaq istəyir, yəni pulla..
Onun dediyi stenoqramda belədir:
“Şimal–Cənub”a gəldikdə… biz lazımi kredit resurslarını ayırmağa hazırıq. Məsələ ondadır ki, iranlı dostlarımız bu mərhələdə öz işlərini görsünlər. Burada sirr yoxdur, sadəcə marşrutun keçəcəyi bütün torpaqları satın almaq lazımdır. Sonra əlavə edir: “Marşrutun bir hissəsi Azərbaycan ərazisindən keçməlidir.”
Putin “Azərbaycanın torpağını almaq lazımdır” demir. Əksinə, “torpaqları almaq” məsələsini İranın görməli olduğu iş kimi təqdim edir. Ardınca Azərbaycan hissəsini ayrıca qeyd edir.
Deməli, söhbət iki ayrı məsələdən gedir
İran hissəsi:
Putinin fikrincə, Şimal–Cənub dəhlizinin İran ərazisində tamamlanması üçün marşrut üzrə torpaqların yerli hökumət tərəfindən əldə edilməsidir ki, bu da hələ tam həyata keçməyib.
Azərbaycan hissəsi:
Putin yalnız deyir ki, marşrutun bir hissəsi Azərbaycan ərazisindən keçəcək və Bakı layihəni dəstəkləyir. O, Azərbaycan ərazisində torpağın Rusiya tərəfindən alınacağını demir.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban
Gundelik.az
