Bakı şəhərinin iki rayonu üzrə enerji təchizatının dayanıqlığının artırılması ilə bağlı yeni işlərə start verilir.
Gundelik.az-ın əldə etdiyi məlumata görə, söhbət Sabunçu və Xətai rayonlarının enerji təchizatından gedir.
Belə ki, qeyd olunan iki rayonun paylayıcı elektrik şəbəkələrində enerji təchizatının dayanıqlığının artırılması məqsədilə görülməsi vacib olan işlər icra olunacaq.
Məlumata görə, artıq bununla bağlı “Azərişıq” Açıq Səhmdar Cəmiyyətində (ASC) müvafiq tədbirlərə yekun vurulub.
ASC Sabunçu və Xətai rayonlarında sözügedən işlərin icrasını “İntegras” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 8 433 238 manat ödənilib.
Qeyd edək ki, işlərin həvalə olunduğu MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat olan şirkətin qanuni təmsilçisi Həsənova Məhsəti Hüseynalı qızıdır.
Gundelik.az
