Abşeron rayonunun Hökməli qəsəbəsinin Koroğlu küçəsində (Hökməli-Qobu yolu) həyətyanı sahələrdən keçən istismar müddətini başa vurmuş mövcud su xətləri dəyişdirilməsi işlərinə başlanılır.
Gundelik.az xəbər verir ki, bununla əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidməti hazırlıq işlərinə yekun vurub.
Belə ki, qurumun elan etdiyi tenderin qalibi “Hazar Engineering Group” şirkəti olub.
Su xətlərinin dəyişirilməsi işləri 674 min 960 manata başa gələcək.

