Uzun müddət hərəkətsiz qalmaq, xüsusilə 4 saatdan çox davam edən uçuş, avtobus və avtomobil səfərlərində ayaqlardakı qan dövranını zəiflədərək dərin ven trombozu (DVT) riskini artırır. Yaranan laxtanın ağciyərlərə çatması isə həyati təhlükəli ağciyər emboliyasına səbəb olur.
Mütəxəssislərin sözlərinə görə, əvvəllər tromb keçirmiş, yaxın zamanda əməliyyat və ya xəstəxanada yatış keçirmiş, aktiv xərçəng xəstəliyi olan, yaşlı və artıq çəkili şəxslər daha yüksək risk qrupundadır. İsti havalarda maye itkisi də artdığı üçün səfər zamanı kifayət qədər su içmək vacibdir.
Uzun səfərlərdə riski azaltmaq üçün:
İmkan olduqda ayağa qalxıb qısa gəzintilər edin.
Avtomobillə səyahətdə müntəzəm fasilələr verin.
Oturarkən ayaq biləklərinizi yuxarı-aşağı və dairəvi hərəkət etdirin.
Ayaq barmaqları və dabanları növbə ilə qaldıraraq baldır əzələlərini işlədin.
Uzun müddət ayaq-ayaq üstə oturmayın.
Müntəzəm olaraq su için.
Sıx geyimlərdən uzaq durun.
Risk qrupundasınızsa, səfərdən əvvəl həkimlə məsləhətləşin.
Səfərdən sonra bir ayaqda şişlik, ağrı, qızartı və istilik artımı yaranarsa, tibbi müayinə vacibdir. Ani nəfəs darlığı, sinə ağrısı, başgicəllənmə, huş itirmə və ya qanlı öskürək baş verərsə, təcili tibbi yardım lazımdır.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

