Gundelik.az Dünya Sirli və son dərəcə güclü yeni süni intellekt modeli ortaya çıxdı
Dünya Xəbərlər

Sirli və son dərəcə güclü yeni süni intellekt modeli ortaya çıxdı

Texnologiya və süni intellekt dünyasında arxasında kimin dayandığı bilinməyən “Ox Alpha” adlı yeni model böyük maraq doğurub.

Süni intellekt modellərinin təqdim edildiyi OpenRouter platformasında istifadəyə verilən Ox Alpha-nın test nəticələri onun OpenAI və Anthropic kimi şirkətlərin ən güclü modelləri ilə rəqabət apara biləcək səviyyədə olduğunu göstərib.

Platformada “gizli model” kimi təqdim olunan sistemin kimliyini açıqlamaq istəməyən üçüncü tərəf tərəfindən idarə edildiyi bildirilib. İstifadəçi məlumatlarının həmin provayder tərəfindən saxlanıldığı, lakin modelin təlimində istifadə edilmədiyi qeyd olunub. Bununla belə, modelin yaradıcısının naməlum olması məlumat təhlükəsizliyi ilə bağlı suallar yaradıb.

Bütün bu qeyri-müəyyənliklərə baxmayaraq, proqramçılar modeldən fəal şəkildə istifadə etməyə başlayıblar. Mətn, şəkil və video emal edə bilən Ox Alpha yüksək hesablama imkanlarına baxmayaraq, demək olar ki, limitsiz və pulsuz təqdim olunur.

Modelin performansı texnologiya dünyasında geniş əks-səda doğurub. Stripe şirkətinin rəhbəri Patrick Collison onun imkanlarını olduqca təsirli qiymətləndirib.

Modelin mənbəyi isə hələ də məlum deyil. Konkret sübut olmasa da, ilkin ehtimallar Çin texnologiya şirkətlərinə yönəlib. Z.ai şirkətinin GLM-5 modelini daha əvvəl fərqli adla sınağa açması, həmçinin ByteDance və Alibaba kimi şirkətlərin yeni modellərini əvvəlcədən elan etmədən təqdim etməsi onları mümkün namizədlər sırasında önə çıxarıb.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version