Gundelik.az Ölkə Bakıda məcburi köçkün evlərinin təmirinə başlanılır
Ölkə Xəbərlər

Bakıda məcburi köçkün evlərinin təmirinə başlanılır

Bakı şəhəri ərazisində məcburi köçkünlərin məskunlaşdığı binalarda cari təmir işlərinə sərf olunacaq vəsaitin həcmi məlum olub.

Gundelik.az xəbər verir ki, Qaçqınların Və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Tikilməkdə Olan Müəssisələr Müdiriyyəti bununla bağlı hazırlıqları yekunlaşdırıb.

Belə ki, təmir işlərini “Kəndahar” şirkəti həyata keçirəcək.

Təmir işlərinə 430 min 610 manat vəsait sərf ediləcək.

Exit mobile version