Ənənəvi olaraq 2026-cı il üzrə də Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binalarda təmir işləri aparılacaq.
Bu barədə Gundelik.az Bakı Şəhər İcra Hakimiyyətindən məlumat əldə edib.
Məlumata görə, BŞİH bununla bağlı hazırlıqlara başlayıb.
Qeyd edilib ki, bununla yanaşı paytaxt üzrə səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq və yenidənqurma işləri də həyata keçiriləcək.
BŞİH hazırda həm dövlət mənzil fonduna aid binaların təmiri işlərinin, həm də səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq və yenidənqurma işlərinin layihə-smeta sənədlərini hazırlayacaq şirkət axtarır.
Layihə-smeta sənədlərinin hazırlanmasına isə nə az, nə çox – düz, 4,4 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.

