İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Bakı-Sumqayıt qatarlarının bayram günlərindəki qrafiki

Qurban bayramı ilə əlaqədar istirahət günü elan edilmiş 6, 7 və 9 iyun tarixlərində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkəti həftənin şənbə gününün cədvəli əsasında təşkil ediləcək.

Gundelik.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, 8 iyunda isə qatarlar ənənəvi bazar günü qrafiki ilə hərəkət edəcəklər.

Gundelik.az