İyul 8, 2026
Baku
⁠Ailə, qadın və uşaq Müsahibə

Bəzən yarıda qalan arzular kədər yox, stimul, bir başlanğıcdır

Azərbaycan mübariz qadınlar diyarıdır. Keçmişdən ta bu günə qədər tarixin sınağından üzüağ çıxan Azərbaycan qadını bu günün nümunə simvoludur. Belə qadınlar dünən də vardı, bu gün də var. Onlar öz missiyalarını layiqincə yerinə yetirir, öz profillərindən örnək olaraq daima  mövqeyini qoruyur.  Şəlalə xanım da belə qadınlardandır. O, əzmi, iradəsi və amalına və qurduğu biznesə görə tanınan simadır.

Müsahibimiz  “Faberlic” şirkərində təsdiqlənmiş baş direktoru  Məmmədova Şəlalə Vaqif qızıdır.

 Şəlalə xanım, sizi  çağdaş dövrün uğurlu qadınlarından hesab etmək olar. Bu məqama çatmağın yolları əlbəttə asan deyil. Gəlin bu barədə danışaq:

–Bunu deyə bilərəm ki, mən ilk növbədə bu uğuru özümə olan inamdan yarada bildim, yəni özgüvənim, özümə olan inamım olmasaydı, mən özümə inanmasaydım, heç vaxt bu uğura çata bilməzdim. Ümumiyyətlə, insan nəyi istəyirsə istəsin, əgər məqsədi varsa, nə istədiyini bilirsə,  demək ki, o məqama çatmağa çox az qalıbdır. Birinci növbədə bilməliyik ki, biz hara gedirik,  nə istəyirik, ikinci növbədə  isə inam olmalıdır və o uğura qısa bir müddətdə nail olmaq mümkündür.

 Mənə elə gəlir ki,  insanın bir arzusu, bir xəyalı,  istəyi varsa, yaşından, yaşadıqlarından aslı olmayaraq, nə vaxtsa bunu həyata keçirəcək. Yetər ki, ürəkdən olsun və bu istəyini sən inanaraq istəyəsən. Bu arzunu inanaraq yaşayasan və bu zaman məhz o istək həyata keçir.  Uşaqlıq yaşlarımdan ən böyük arzum o idi ki, ibtidai sinif müəlliməsi olum, lakin bəzi səbəblərə görə mən təəssüf ki, bu arzuma çata bilmədim və bu mənim ürəyimdə həmişə bir yara kimi qalmışdı. Yəni bunu hər zaman düşündükcə mən sanki xəyal qırıqlığı yaşayırdım.

 Yarıda qalan arzunuz  sizə maneə oldumu?

–Xeyr.  Bu mənə mane olmadı. Öz üzərimdə daim işlədim və özümü deyərdim ki, bir növ kəşf etməyə başladım. Ta ki,öz biznesimi qurmağı qərara alana qədər . Beləliklə, iş qadınına çevrildim.  Belə izah edə bilərəm. Ən böyük kəşfim bu oldu. Mənim yaşadıqlarım yaşamaq istədiklərim deyil… Yəni  dönüb arxama baxanda gördüm ki, yox, mənim yaşadığım həyat mənim yaşamaq istədiyim həyat deyil və  mən nəyisə dəyişməliyəm və o gündən mən başladım öz işimi qurub şəxsi biznesimı yaratmağa. Düzdür, əvvəllər çox da asan olmadı, ancaq mən bu arzuma çox qısa bir müddətdə çatdım. Yarıda qalan arzular bəlkə də  kədər yox, bir stimul, başlanğıcdır.

 Hazırki fəalittətiniz haqqında məlumat verə bilərsinizmi?

–Hazırda yüzlərlə xanımın əhatəsində onlarla sıx əməkdaşlıq çərçivəsində işləyirəm. Biznesimi öz ofisimdən  idarə edirəm.

Əvvəlki söhbətinizdə inamdan və uğurdan  söhbət etdiniz. Uğuru necə əldə etdiniz?

–İlk növbədə deyə bilərəm ki, özümə olan inamımdan yaratdım. Özgüvənim, inamım və iradəm olmasaydı, heç vaxt  bu uğura çata bilməzdim. İnsan nəyi istəyirsə  istəsin,  məqsədi varsa, o uğura mütləq çatacaq. İlk növbədə bilməliyik ki, biz nə istəyirik və hara getmək istəyirik. Məqsəd, niyyət, amal…

Şəlalə xanım, Azərbaycan qadınına nə töfsiyyə etmək istərdiniz?

Azərbaycan qadınlarına mənim tövsiyyəm odur ki özlərini tanısınlar, özlərini sevsinlər, özlərinə zaman ayırsınlar və  öz dəyərlərini bilsinlər. Özünə hörmət etməyən, özünü sevməyən insan heç kimi sevə bilməz. Nə ailəsini, övladını, yaxınlarını.  İlk öncə sevgi özündən başlayır. Özünüzə dəyər verin,  özünüzə hörmət edin və bu zaman  ətrafınızdakılardan da o hörməti görəcəksiz .

Cəmiyyətdə işguzar,  novotor qadınlarla yanaşı, öz komfortlu həyatının dar çəmbərindən çıxa bilməyən qadınlar da var.  Təəssüf hissi ilə deyərdim ki, nələrə qadir olduqlarını belə dərk etməyənlər də var.

–Kiçik bir nüansı da qeyd etmək istərdim ki bəzən xanımlarda onu görürəm ki vaxtlarını çox mənasız şeylərə həsr eləyirlər. Bəzən də  müəyyən bir yaşdan sonra çoxlarında özlərinə inam  azalır elə düşünürlər ki, onlar artıq heç nədə uğur qazana bilməzlər onlar artıq yaşadıqları həyata məhkumdurlar elə necə yaşıyırlarsa, onu yaşamalıdırlar. Hətta ömürlərinin sonuna kimi bilmirlər ki, bu belə deyil.  Əminliklə deyə bilərəm ki, insan özü nəyə qərar verirsə, dəqiq özündən əmin şəkildə nəyi istəyirsə, ona da qadirdir.  Axı,  həyata bir dəfə gəlirik və bu həyat bizə bir dəfə verilir, bunu səmərəli istifadə etməliyik səmərəli yaşamalıyıq. Elə yaşayaq ki, həqiqətən də izimiz qalsın.

Bizim ailəmiz- FABERLİC çox böyükdür. Buna baxmayaraq bizim müəsisəmizin qapıları hər kəsin üzünə açıqdır. Bütün evdar xanımları , əlavə gəlir əldə etmək istəyən hər kəsi bizim şirkətə qoşulmağa dəvət edirəm. Gəlsinlər şirkətin bizə verdiyi imkanlarla tanış olsunlar , xəyallarını gərçəkləşdirsinlər! Dəyərli xanımlar ,yüksək gəlirli ,sərbəst iş rejimli iş yeri axtarırsınızsa buyurun !

Əlaqə :  055 609 66 77

 

Biz də Gundelik az saytı əməkdaşları və oxucuları adından Şəlalə Məmmədovaya təşəkkürümüzü bildiririk.

Gundelik.az