Konsertə gələnlər çox böyük zövq alıblar. Aydan Əliyeva Oğuz rayonunda ən böyük park olan Zərifə Əliyeva adına İstirahət Parkında konsert verib. Konsertin təşkilati dəstəyi Oğuz Rayon İcra Hakimiyyəti və Oğuz Mədəniyyət Sarayının Metodisti Anar Hüseynov tərəfindən həyata keçib. Aydan Əliyeva konsertdə repertuarında Cahangir Cahangirov və digər məşhur bəstəkarların əsərlərini , öz yazdığı mahnılarını və milli muğamları səsləndirib. Aydan Əliyevanı Konsertdə Oğuzun ən peşəkar musiqiçilərindən ibarət olan – Şur İnstrumental Musiqi Ansamblı müşayiət edib. Aydan Əliyeva , sözləri Böyük Şairə Kəmalə Abıyevaya məxsus olan “O yağışdan yağmayacaq ” adlı bəstələdiyi mahnını Gənc İstedadlı Müğənni Elmira Rəhimova ilə duet ifa edərək səhnəni bölüşüb. Daha sonra isə İstedadlı Oğuz müğənnisi Ülvi Salahovla bərabər Elxan Şirinovun repertuarından olan “Başqa birisini sevə bilməzsən” (söz : Nüsrət Kəsəmənli, mus : Cabbar Musayev) mahnısını duet ifa edərək konsertdə izləyicilərin zövqünü oxşayıb. Konsert Aydan Əliyevanın ” Gözəl Azərbaycan” mahnısıyla yekunlaşıb.
Aydan Əliyeva Gənc olmasına baxmayaraq , çox istedadlı və peşəkar bəstəkar – ifaçıdır. Onun bir sıra musiqi nəğmələri, əsərləri ölkənin ən tanınmış müğənnilərinin ifasında səsləndirilir. Qeyd edək ki Aydan Əliyeva Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Beynəlxalq Müsabiqələr laureatıdır. Aydan Əliyevaya uğurlar arzu edirik!
Gundelik.az
