İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Azıx və Tağlar abidələrində beynəlxalq ekspedisiyalar fəaliyyət göstərir

Xocavənd rayonunda Azıx və Tağlar abidələrində Almaniya, Yaponiya və Danimarka elmi mərkəzləri ilə bağlanmıs memorandumlara uyğun müştərək beynəlxalq ekspedisiyalar fəaliyyət göstərir.

Gundelik.az xəbər verir ki, bu barədə AMEA Arxeologiya və Antroplogiya İnstitutu məlumat yayıb.

“Danimarka arxeoloji qrupu tərəfindən öz sıralarına Novosibirsk şəhərində yerləşən Rusiya EA Sibir Şöbəsinin Arxeologiya və Etnoqrafiya İnstitutunun iki elmi əməkdaşı cəlb edilib”, – məlumatda bildirilib.

Qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonası ərazisində, xüsusilə də Azıx və Tağlar abidələrində müştərək tədqiqatlar barədə Rusiya Federasiyasının hər hansı elmi mərkəzi ilə birgə tədqiqatların aparılması barədə hər hansı birbaşa müqavilə, layihə mövcud deyil.

Gundelik.az