İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

AZAL Bakı-Moskva reysi üzrə uçuşları bərpa edildi

Bakı-Moskva reysi üzrə uçuşlar bərpa edilib.

Gundelik.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin məlumatında qeyd edilib.

“Rusiyanın Moskva şəhəri üzərində hava məkanında olan məhdudiyyətlər aradan qaldırıldığı üçün “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Moskva-Bakı marşrutu üzrə uçuşları dünən axşamdan bərpa olunub və artıq cədvələ uyğun ştat rejimində həyata keçirilir”, – məlumatda vurğulanıb.

Gundelik.az