Əsər “PAROL: O I O (SIFIR BİR SIFIR)” seriyasının ilk kitabıdır və Göy Türklərin, türk kimliyi, mistik-realizm kimi mövzuları bir araya gətirir. Romanın qəhrəmanları — “mən bütün türk insanlarının çocuğuyam” deyən, Ötüken planetindən Yerə göndərilmiş Çocuk və onunlaO I O parolu vasitəsilə əlaqə quran Azərbaycan türk qızı Gülcədi. Onları zamanlar və planetlər arasında baş verən sirli bir yolçuluq birləşdirir. “Çocukla Zaman Yolçuluğu” — türk ruhunun kosmik kodlarını, insanın mənəvi başlanğıcını və zamanın sirlərini araşdıran, oxucunu düşüncədən duyğuya aparan bir əsərdir.

Gundelik.az
