İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Azərbaycanın sığorta bazarı böyüyüb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1,365 milyard manat sığorta haqqı toplanılıb.

Gundelik.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 11,7% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 844,8 milyon manat təşkil edib.
Bu isə illik müqayisədə 21,7% çoxdur.