Gundelik.az Tarixdə bu gün Azərbaycanın Milli Qəhrəmanı Quliyev Mirzə Məcid oğlunun 52 illiyi, (11.01.1974)
Tarixdə bu gün Xəbərlər

Azərbaycanın Milli Qəhrəmanı Quliyev Mirzə Məcid oğlunun 52 illiyi, (11.01.1974)

11 yanvar 1974-cü il Bərdə rayonunun Saatlı kəndində anadan olmuşdur. 1980–1991-ci illərdə burada təhsil almışdır. 1992-ci il hərbi xidmətə çağırılmışdır. Quliyev Mirzə dövlətçiliyimizin qorunmasında da, vətənpərvərlik borcunu layiqincə yerinə yetirir. Mirzə Polis Akademiyasını bitirdikdən sonra DİN-də işə qəbul edilir.

Qəhrəmanımız hazırda polis polkovnik leytenantı kimi Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır.
Döyüşlərdə iştirakı Sədərək cəbhəsində döyüşlərə atılan Mirzə burada böyük şücaətlər göstərmişdi. PDM-də tuşlayıcı-atıcı kimi döyüşlərə girən cəsur döyüşçü onlarla erməni yaraqlısını məhv etmişdi. 1993-cü il 28 iyul tarixdə Ağdam cəbhəsinə göndərilir. Ağdam cəbhəsində Mirzə burada qaynar döyüşlərə girir və qəhrəmanlıqlarla dolu səhifələr yazır. Daha sonra Füzuli, Tərtər, Ağdərə uğrunda gedən döyüşlərə atılır və PDM-si ilə xeyli erməni tankını alova bürüyür. Ailəlidir, bir övladı var. 15 yanvar 1995-ci il “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilir. Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Mirzə Məcid oğlu döyüşlərdə göstərdiyi igidliklərə görə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Gundelik.az

Exit mobile version