Gundelik.az Elm və təhsil Ədəbiyyat Fransız yazıçısı, əslən azərbaycanlı Üm-əl Banin (Ümbülbanu Şəmsi qızı Əsədullayeva) 120 illiyi, (1905-1992)
Ədəbiyyat Tarixdə bu gün Xəbərlər

Fransız yazıçısı, əslən azərbaycanlı Üm-əl Banin (Ümbülbanu Şəmsi qızı Əsədullayeva) 120 illiyi, (1905-1992)

Məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, Azərbaycan Demokratik Respublikasının nazirlərindən biri, milyonçu Mirzə Əsədullayevin qızı olan Ümmülbanu 1905-ci ilin yanvar ayında anadan olub.
1946-cı ildə dərc olunan “Qafqaz günləri” kitabı Baninə müvəffəqiyyət qazandırır. Kitab işıq üzü gördükdən sonra Andre Marlo, İvan Bunin, Mikos Kazaçakis, Anri Monterlen, Ernst Yungen və başqaları Baninə riqqətli məktublar yazırlar. 2 dünya müharibəsinin iştirakçısı, alman yazıçısı və filosofu Ernst Yungenlə Baninin dostluğu yarım əsrdən çox davam edib. Banin Yungenə bir neçə kitab həsr edib. Onlar 1943-cü ildə Baninin Azərbaycanda sosial düzümün faciəsini özündə əks etdirən “Bizimlə” romanı işıq üzü gördükdən sonra tanış olublar. Romanın təəssüratı altında olan Yungen Baninə zəng vurur, özünü təqdim edir, növbəti gün isə cazibədar azərbaycanlı yazıçı ilə tanış olmaq üçün onun evinə görüşə gedir. Baninə şöhrət gətirən
“Qafqaz günləri” kitabından sonra onun “Paris günləri” (1947), “Ernst Yungenlə görüş” (1951), “Mən tiryəki seçdim” (1959), “Sonra” (1961), “Xarici Fransa” (1968), “Ernst Yungenin portreti” (1971), “Ernst Yungen müxtəlif sifətlərdə” (1989) romanları geniş oxucu kütləsi qazanır. Baninin sonuncu dərc olunmuş kitabı – “Mariya mənə nə danışdı” romanı 1991-ci ildə ölümündən 1 il əvvəl işıq üzü görüb. Banin Fransada təkcə romanları ilə deyil, həm də rus, ingilis, alman dillərindən gözəl bədii ədəbiyyat tərcüməçisi kimi məşhur idi. Banin Buninin və Dostoyevskinin yaradıcılığının ən yaxşı bilicilərindən biri sayılırdı. Baninin yaxın rəfiqəsi rus imperator sarayının freylini, Romanovlar ailəsinin yaxını Canet Andronikova olur. Onun digər rəfiqəsi isə Rusiyad məşhur olan yazıçı-satirik Teffi idi. Məhz Teffinin yanında Ümmülbanu bir çox məşhur rus yazıçıları ilə, xüsusilə də İvan Buninlə tanış olur. O, özünün azərbaycanlı mənşəyi ilə həmişə fəxr edərmiş. Dini “xalq üçün tiryək adlandıran” bolşeviklərə cavab olaraq Banin “Mən tiryəki seçdim” kitabını yazır. Fransız ədəbiyyatına qaynayıb-qarışmasına baxmayaraq, Banin öz xalqını heç vaxt yaddan çıxarmazdı. O, Dağlıq Qarabağda baş verən hadisələrdən olduqca dərin həyəcan keçirərdi. Banin Parisdə “Azərbaycan evi” assosiasiyasının üzvi idi. O, Fransanın kütləvi informasiya vasitələrində mütəmadi olaraq Qarabağ hadisələrində öz xalqını müdafiə edən məqalələrlə çıxış edirdi. 1992-ci il oktyabrın 29-da Fransanın “Fiqaro” qəzeti ölkəni sarsıdacaq bir məlumat yayır: “İlk fransızdilli azərbaycanlı yazıçı Banin vəfat edib.

Gundelik.az

Exit mobile version