Gundelik.az Xəbərlər Kateqoriya seçilməyən Azərbaycanın iki rayonunda fərdi yaşayış evləri ilə bağlı yarım milyonluq işlərə başlanılır
Kateqoriya seçilməyən Ölkə Xəbərlər

Azərbaycanın iki rayonunda fərdi yaşayış evləri ilə bağlı yarım milyonluq işlərə başlanılır

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti tərəfindən Şamaxı və Ağsu rayonlarında yeni fərdi yaşayış evlərinin tikintisi ilə bağlı işlərə başlanılır.

Gundelik.az-ın əldə etdiyi məlumata görə, görüləcək işlər çərçivəsində, həmçinin bir ədəd fərdi yaşayış evinin bərpası işi də həyata keçiriləcək.

Artıq nazirlik qeyd olunan iki rayon ərazisində 5 ədəd fərdi yaşayış evinin tikintisi və 1 ədəd fərdi yaşayış evinin bərpası işlərini görəcək şirkəti də müəyyənləşdirib.

Belə ki, sözügdən işlərin icrası “Tərəqqi-Ş” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edilib və müqavilə bağlanılıb.

Müqaviləyə əsasən, MMC-yə 404,2 min manat ödənilib.

Qeyd edək ki, sözügedən işlərin həvalə olunduğu şirkət 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Yaqubov Şakir Xanbala oğludur.

Gundelik.az

Exit mobile version