Azərbaycan Respublikasında fövqəladə hallar sahəsində fəaliyyətin effektiv təşkili yalnız texniki və operativ imkanlarla deyil, həm də güclü hüquqi təminatla sıx bağlıdır. Bu baxımdan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi sistemində hüquq xidmətinin rolu xüsusi əhəmiyyət daşıyır.
Xüsusilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti obyektləri üzrə fəaliyyət göstərən Yanğından Mühafizə İdarəsində hüquqi işlərin düzgün təşkili ümumi xidmətin səmərəliliyini artıran əsas amillərdəndir.
Bu istiqamətdə idarənin hüquqşunası, daxili xidmət mayoru İsayev Orxan hüquqi təminatın həyata keçirilməsində peşəkarlığı ilə seçilir. Onun fəaliyyəti çərçivəsində əməkdaşların hüquq və vəzifələrinin izah olunması, normativ-hüquqi sənədlərin düzgün tətbiqi və hüquqi maarifləndirmə işləri sistemli şəkildə təşkil olunur.
İsayev Orxan tərəfindən həyata keçirilən hüquqi xidmət əməkdaşların intizamının möhkəmləndirilməsinə, xidməti fəaliyyətin qanunvericiliyə uyğun qurulmasına və hüquqi risklərin minimuma endirilməsinə mühüm töhfə verir.
Qeyd olunmalıdır ki, hüquqi təminatın yüksək səviyyədə təşkili yanğından mühafizə sahəsində ümumi fəaliyyətin effektivliyini artırmaqla yanaşı, təhlükəsizliyin etibarlı şəkildə təmin olunmasına xidmət edir.
Gundelik.az

