Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti tərəfindən Şamaxı və Ağsu rayonlarında yeni fərdi yaşayış evlərinin tikintisi ilə bağlı işlərə başlanılır.
Gundelik.az-ın əldə etdiyi məlumata görə, görüləcək işlər çərçivəsində, həmçinin bir ədəd fərdi yaşayış evinin bərpası işi də həyata keçiriləcək.
Artıq nazirlik qeyd olunan iki rayon ərazisində 5 ədəd fərdi yaşayış evinin tikintisi və 1 ədəd fərdi yaşayış evinin bərpası işlərini görəcək şirkəti də müəyyənləşdirib.
Belə ki, sözügdən işlərin icrası “Tərəqqi-Ş” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edilib və müqavilə bağlanılıb.
Müqaviləyə əsasən, MMC-yə 404,2 min manat ödənilib.
Qeyd edək ki, sözügedən işlərin həvalə olunduğu şirkət 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Yaqubov Şakir Xanbala oğludur.
Gundelik.az
