İyul 8, 2026
Baku
Kateqoriya seçilməyən

Azərbaycandan İsrailə pul köçürmələri artıb

Bu ilin birinci rübündə Azərbaycandan İsrailə fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,098 milyon ABŞ dolları təşkil edib.

Gundelik.az-ın Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 302 min ABŞ dolları və ya 1,4 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində İsrailin payı 1% təşkil edib.

Həmçinin cari ilin ilk rübündə İsraildən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,356 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk rübündəki göstərici ilə müqayisədə 1,139 milyon ABŞ dolları və ya 32,6% azalma deməkdir.

Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində İsrailin payı 1% təşkil edib.

2024-cü ilin birinci rübündə Azərbaycandan İsrailə fiziki şəxslərin pul köçürmələrinin həcmi 796 min ABŞ dolları, əks istiqamətdə isə 3,495 milyon ABŞ dolları təşkil edib.

Gundelik.az