Gundelik.az Ölkə Azərbaycanda zəlzələ oldu – YENİLƏNDİ
Ölkə Xəbərlər

Azərbaycanda zəlzələ oldu – YENİLƏNDİ

Pirqulu stansiyasından 15 km şimal-şərqdə Şamaxı və Xızı rayonlarında 3,6 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Gundelik.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublİka Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.

Zəlzələ episentrdə 4 bal, Şamaxı və Xızı rayonlarının episentrə yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.

Bildirilib ki, yerli vaxtla 10:18-də qeydə alınmış yeraltı təkanların ocağı 5 km dərinlikdə yerləşib.

***
Şamaxıda 3,2 maqnitudalı zəlzələ olub.

Bu barədə Gundelik.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublİka Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.

“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Pirqulu stansiyasından 13 km şimal-şərqdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb”, – məlumatda qeyd olunub.

Bildirilib ki, yerli vaxtla 06:40-da qeydə alınmış yeraltı təkanların ocağı 6 km dərinlikdə yerləşib.

Gundelik.az

Exit mobile version