Gundelik.az Xəbərlər İqtisadiyyat Azərbaycanla Gürcüstan arasında ticarət əməliyyatları kəskin artıb
İqtisadiyyat Xəbərlər

Azərbaycanla Gürcüstan arasında ticarət əməliyyatları kəskin artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Gürcüstana 105,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.

Bu barədə Gundelik.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 25,7 milyon ABŞ dolları və ya 32% çoxdur.

Hesabat dövründə Gürcüstana qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 9,90%-i həcmində olub. Bununla da Gürcüstan Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələr sırasında 3-cü pillədə qərarlaşıb.

Eyni zamanda 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanla Gürcüstan arasında ticarət əməliyyatlarının həcmi 272,9 milyon ABŞ dolları təşkil edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 35,3 milyon ABŞ dolları və ya 14,9% çoxdur. Hesabat dövründə Gürcüstan ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,61%-i həcmində olub.

Cari ilin yanvar-aprel aylarında Azərbaycandan Gürcüstana 234,9 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 23,8 milyon ABŞ dolları və ya 11,3% çoxdur.

Həmçinin 2025-ci ilin yanvar-aprel aylarında Gürcüstandan Azərbaycana 38 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 11,5 milyon ABŞ dolları və ya 43,7% artım deməkdir.

Gundelik.az

Exit mobile version