Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları “İslam Dövləti” (İŞİD) terror təşkilatının (Rusiyada qadağan olunmuş) üzvləri üçün tranzit baza yaratmağa hazırlaşan üç nəfəri saxlayıblar.
Gundelik.az xəbər verir ki, bu barədə TASS agentliyi Dövlət Təhlükəsizliyi Xidməti rəhbərinin birinci müavini Laşa Maqradzenin brifinqinə istinadən məlumat yayıb.
Kəşfiyyat orqanlarının məlumatına görə, saxlanılan şəxslər İŞİD-in nüfuzlu nümayəndələrini qaçaqmalçılıq yolu ilə Gürcüstana gətirməyi və onların rəhbərliyi altında ölkədə möhkəmlənməyi planlaşdırıblar. Gürcüstandan həmfikir şəxslər üçün tranzit məntəqəsi kimi istifadə olunması, logistik marşrutların yaradılması və terror fəaliyyətinin təşkili nəzərdə tutulub.
Hazırda istintaq hərəkətləri davam edir. Dövlət Təhlükəsizliyi Xidməti saxlanılanların beynəlxalq terror şəbəkələri ilə mümkün əlaqələrini araşdırır.
Xatırladaq ki, bir müddət əvvəl Belçika polisi Antverpendə baş nazir Bart de Veverə və bir neçə siyasətçiyə qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən üç nəfəri saxlamışdı. Həmçinin, Rusiya Müdafiə Nazirliyinin əməkdaşına qarşı terror aktında iştirak edən bir rekruter beynəlxalq terrorçular siyahısına əlavə olunub.
Gundelik.az

