İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Azərbaycanda son üç ildə dəmiryol nəqliyyatı ilə yükdaşımaların həcmi açıqlanıb

Azərbaycanda son 3 ildə dəmir yolu nəqliyyatı ilə 55,6 milyon ton yük daşınıb.

Bu barədə Gundelik.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Belə ki, ölkədə sözügedən nəqliyyat vasitəsi ilə 2022-ci ildə 18,7 milyon ton, 2023-cü ildə 18,3 milyon ton, 2024-cü ildə isə 18,6 milyon ton yükdaşımaları həyata keçirilib.

Beləliklə, son 3 ildə Azərbaycanda dəmiryolu nəqliyyatı ilə yükdaşımalarda təqribən 165,1 min ton və ya 1% azalma qeydə alınıb.

Son 3 ildə ölkədə dəmiryolu nəqliyyatı ilə yük dövriyyəsinin həcmi isə 69,6 milyon ton–km və ya 1% azalıb.

Belə ki, 2022-ci ildə Azərbaycanda dəmiryolu nəqliyyatı ilə yük dövriyyəsinin həcmi 7, 097 milyard ton-km idisə, 2024-cü ildə bu göstərici 7,027 milyard ton-km təşkil edib.

Gundelik.az