İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Azərbaycanda neçə nəfərə sosial müavinət və təqaüd təyin olunub?

Azərbaycanın bank sektoru bu ilin yanvar-may aylarında 557,1 milyon manat xalis mənfəət əldə edib.

Gundelik.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Qeyd edilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,35 % çoxdur.

Yanvar-may ayları ərzində bankların əməliyyat gəlirləri 3 milyard 44,3 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 12,7 % çox), əməliyyat xərcləri 2 milyard 172,9 milyon manat (27,3 % çox), xüsusi ehtiyatlara ayırmaları 179,5 milyon manat (9,7 % az), mənfəət vergisi ödəmələri isə 134,7 milyon manat (23,6 % çox) təşkil edib.