100 və 200 nömrəli transformator məntəqələri yenidən qurulmasına başlanılır.
Bu barədə Gundelik.az “Azərişıq” ASC-dən məlumat əldə edib.
Bildirilib ki, məqsəd dövlət əhəmiyyətli obyektlərin elektrik təchizatının dayanaqlılığının və etibarlılığının artırılmasıdır.
Belə ki, qurum bu işləri “Star-Plas” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.
“Azərişıq” yenidənqurma işlərinə 9,3 milyon manata vəsait sərf edəcək.
