İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Azərbaycanda bu cərimələr ləğv ediləcək

Azərbaycanda ağac və kolların götürülməsinə görə tətbiq olunmuş və hələ də icra olunmamış cərimələr ləğv edilə bilər.

Gundelik.az xəbər verir ki, bu barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Yaşıllıqların mühafizəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zaman qeyd edilib.

Milli Məclisin İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov bildirib ki, kənd təsərrüfatına mane olan yaşıllıqların götürülməsi üçün icazə tələbinin aradan qaldırılması təklifi qəbul edildikdə, bu pozuntuya görə yazılmış, amma icra edilməyən cərimələrə də şamil olunacaq.

Onun sözlərinə görə, “Normativ Hüquqi Aktlar Haqqında Konstitusiya” Qanununa və Cinayət Məcəlləsinə görə məsuliyyəti yüngülləşdirən halların geriyə qüvvəsi var: “Yəni əməl cinayət, ya İnzibati Xəta tərkibi halından azad olunursa, o zaman əvvəlki dövr üçün icra olunmamış cərimələr ləğv olunmalıdır”.

Xatırladaq ki, yaşıllıqların götürülməsinə icazə verilən halların siyahısı genişlənir. Layihəyə əsasən, yaşıllıqların götürülməsinə məqsədli təyinatı əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıqlar kənd təsərrüfatı fəaliyyətinə mane olduqda icazə veriləcək.